Bazar ertəsi, 29 Aprel

Levon Ter-Petrosyan: "Yarım il belə davam etsək, ölkəmiz olmayacaq”

image

“Yarım il belə davam etsək, ölkəmiz olmayacaq”.

Xəbər verilir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyanın efirində deyib.

Ter-Petrosyan bildirib ki, Ermənistan və Qarabağın “keçmiş prezidentləri”nin sentyabrın 22-də II Qareginin təşəbbüsü ilə keçirilən görüşündə o, hakimiyyətlə müxalifət arasında konstruktiv dialoqa başlamağı təklif edib.

Birinci prezident ictimai televiziyaya verdiyi müsahibədə bildirib ki, bu təklif digər iştirakçılar tərəfindən bəyənilmədiyi üçün iclasın nəticələrini təqdim edən məlumatda yer almayıb.

Levon Ter-Petrosyan qeyd edib ki, bu gün yalnız Nikol Paşinyanın əlində lazımi məlumatlar var.

“Bütün həll yolları pisdir və biz ən az ağrılı olanı seçməyə çalışmalıyıq və məlumatımız olmalıdır.

Çoxları düşünür ki, Paşinyandan qurtulsaq, Azərbaycan və Türkiyə ilə sənədlər imzalamaqdan qaçacağıq. Kim gəlirsə, biz də imza atmalı olacağıq, bəlkə də daha pis variantla.

Daxili iğtişaşları davam etdirsək, vəziyyətimizi daha da mürəkkəbləşdirəcəyik, daha da zəifləyəcəyik, Türkiyə və Azərbaycanın tələbləri artacaq. Yarım il belə davam etsək, ölkəmiz olmayacaq”, – deyə Levon Ter-Petrosyan bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55